"Real Madrid"in futbolçusu Kilian Mbappenin Çin lideri Mao Tszedunla bağlı mem haqqında açıqlaması beynəlxalq qalmaqala yol açıb.

Metbuat.az xəbər verir ki, fransalı futbolçu müsahibəsində onu ən çox güldürən montajın öz üzünün Mao Tszedunun simasına yerləşdirildiyi görüntü olduğunu açıqlayıb. Mbappe bu memdən dostları ilə söhbətlərində də tez-tez istifadə etdiyini bildirib. İddialara görə, görüntülərin Çində yayılmasından sonra dövlət televiziyası La Liqa və “Real Madrid”in oyunlarını yayımlamağı dayandırıb. Həmçinin futbolçu ilə əməkdaşlıq edən üç Çin şirkətinin milli hisslərin təhqir olunduğunu əsas gətirərək onunla müqavilələrini ləğv etdiyi bildirilir.

Məlumata görə, La Liqanın prezidenti Xavyer Tebas və Mbappe məsələ ilə bağlı sosial şəbəkələrdə açıq şəkildə üzr istəyiblər.