Kartdan-karta köçürmələrə tətbiq olunan limitlər xüsusi hallarda aradan qaldırıla bilər.
Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib.
Onun sözlərinə görə, limitlərlə bağlı istisnaya ehtiyacı olan şəxslər banka müraciət edərək məhdudiyyətlərin götürülməsini xahiş edə bilərlər.
“Kimdəsə belə bir xüsusi hal varsa, banka müraciət edə və o limitin yığışdırılmasına nail ola bilər. Həm 5 dəfə mədaxil, həm 20 min manat, həm də “1 məhsul 1 kart” limitlərini aradan qaldıra bilərlər. Bu, qadağa deyil. Qadağa odur ki, mən xüsusi vəziyyəti izah etsəm də, mənim üçün bu limitlər aradan qaldırılmır. Limitlər müəyyən olunsa da, qapılar açıq saxlanılıb. Vergidən yayınma və qeyri-qanuni fəaliyyət yoxdursa, məhdudiyyətlər aradan qalxa bilər”, – deyə AMB sədri qeyd edib.