ABŞ dövlət katibi Marko Rubionun 2028-ci il prezident seçkilərində iştirak etmək məqsədilə vəzifəsindən istefa verə bilər.
Metbuat.az xəbər verir ki, bu iddia ilə Britaniyanın “The Independent” nəşri çıxış edib.
Nəşrin yazdığına görə, Rubio prezident Donald Tramp administrasiyasının siyasətindən, o cümlədən İrana qarşı mümkün hərbi əməliyyatlardan məsafə saxlamağa çalışa bilər.
Bildirilir ki, bu addım onun gələcəkdə prezidentliyə namizədliyini irəli sürməsi ilə bağlı planlarına xidmət edə bilər.