ABŞ Prezidenti Donald Tramp Ağ Evdəki Oval ofisi “milli abidə” elan edib.
Metbuat.az xəbər verir ki, Tramp Ağ Ev kompleksində yerləşən Oval ofis və Kabinet otağını “milli abidə” elan edən sənəd imzalayıb. Bu qərarla həmin məkanlarda gələcəkdə ediləcək dəyişikliklərin məhdudlaşdırılması nəzərdə tutulur. Tramp açıqlamasında Oval ofisdə mühüm qələbələr qazandıqlarını bildirərək buranın qorunmalı olduğunu vurğulayıb. O, bu addımla gələcəkdə bəzi şəxslərin ofisə müdaxilə etməsinin, onu dağıtmasının və dəyişdirməsinin qarşısını almaq istədiklərini deyib.
Sənəd Konqres tərəfindən də təsdiqlənərsə, gələcək ABŞ prezidentləri Oval ofis və Kabinet otağında dəyişiklik etmək üçün Konqresin razılığını almalı olacaqlar.