Braziliyada prezident seçkilərində məğlub olduqdan sonra ölkəni tərk edərək ABŞ-yə gedən Flavio Bolsonaro səfərinin təfərrüatları barədə danışıb.
Metbuat.az xəbər verir ki, o, “The New York Times” qəzetinə müsahibəsində Braziliyadan necə ayrıldığı ilə bağlı suala maraqlı cavab verib. Senator bu sirri ömrünün sonuna qədər açıqlamayacağını bildirib. Bolsonaro ölkədən çıxarkən hər hansı hökumətin və ya rəsmi qurumun ona kömək etməsi barədə iddiaları rədd edib. O, ABŞ-yə getmək qərarını həyat yoldaşı ilə birlikdə verdiklərini və heç kimdən yardım almadığını söyləyib. O, seçkilərdəki məğlubiyyətdən sonra ev dustaqlığında olan atası, keçmiş prezident Jair Bolsonaro ilə görüşdüyünü də qeyd edib. Onun sözlərinə görə, atası ilə söhbət zamanı baş verə biləcəkləri anladığını və lazım olan hər şeyə hazır olduğunu bildirib.
Qeyd edək ki, Flavio Bolsonaro barəsində çirkli pulların yuyulması və korrupsiya ittihamları üzrə araşdırmalar aparılır. O, ittihamları rədd edib.