Şəmkirdə baş verən ağır yol qəzası ölümlə nəticələnib.
Metbuat.az xəbər verir ki, rayonun Keçili kəndində “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.
Qəza nəticəsində sərnişin, 2008-ci il təvəllüdlü Teymur Orucov həyatını itirib. Sürücü, 2006-cı il təvəllüdlü Vüsal Əmrahov və digər sərnişin, 2002-ci il təvəllüdlü Cahid Rüstəmov xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.