Braziliyalı futbolçu Anderson Taliskanın yenidən Türkiyə Super Liqasına qayıdacağı iddia olunur.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, mövsümün əvvəlində “Fənərbağça”dan ayrılaraq Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Cəzirə” klubuna keçən 32 yaşlı hücumameyilli yarımmüdafiəçi qış transfer pəncərəsində “Beşiktaş”a qayıda bilər. Bildirilir ki, transfer reallaşacağı təqdirdə Talisca Türkiyə Super Liqasına üçüncü, “Beşiktaş”a isə ikinci dəfə dönmüş olacaq.

Qeyd edək ki, braziliyalı futbolçu 2016-2018-ci illərdə İstanbul təmsilçisinin formasını geyinib. O, həmin müddətdə keçirdiyi 80 oyunda 37 qol vurub, 14 məhsuldar ötürmə ilə yadda qalıb və komanda ilə Türkiyə çempionluğunu qazanıb.