ABŞ-nin Kaliforniya ştatında paraşütlə tullanış zamanı faciə baş verib. İki təcrübəli paraşütçü yerə enməyə hazırlaşarkən havada toqquşub. Nəticədə hər iki şəxs həyatını itirib.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Kaliforniya ştatında yerləşən Skydive Elsinore paraşüt mərkəzində qeydə alınıb. Təxminən 46 metr yüksəklikdə toqquşma nəticəsində paraşütlər bir-birinə dolaşıb və hər iki şəxs yerə çırpılıb.
Ağır xəsarətlər alan paraşütçülər xəstəxanaya çatdırılsalar da, həkimlərin səylərinə baxmayaraq, onların həyatını xilas etmək mümkün olmayıb.
Ölənlər Cənubi Dakota ştatının Box Elder şəhərindən olan 56 yaşlı Georgia Jean və İllinoys ştatının Aurora şəhərindən olan 29 yaşlı Levi Pimentel olub.