“Fənərbaxça” İtaliya futbolunun əfsanəsi Françesko Tottinin klubda vəzifə alacağı ilə bağlı iddiaları təkzib edib.

Metbuat.az xəbər verir ki, klub Tottinin futbol strukturunun rəhbərliyinə gətiriləcəyi barədə yayılan məlumatların həqiqəti əks etdirmədiyini açıqlayıb. “Fənərbaxça”nın bəyanatında bildirilib ki, “Sözcü” qəzetində yayımlanan və digər media orqanlarında da yer alan xəbərin heç bir əsası yoxdur.

Klub həmçinin məlumatları araşdırmadan və təsdiqləmədən ictimaiyyətə təqdim edən media qurumlarını jurnalistika prinsiplərinə əməl etməyə çağırıb.