Bolqarıstanda baş verən kütləvi yol qəzası ilə əlaqədar noyabrın 11-i milli matəm günü elan olunub.
Metbuat.az xəbər verir ki, buna “Trakiya” avtomagistralında qeydə alınan iki ayrı zəncirvari qəza səbəb olub.
İlkin məlumatlara görə, Yambol vilayəti yaxınlığında sıx duman və görmə məsafəsinin kəskin azalması nəticəsində 80-dən çox avtomobil qəzaya uğrayıb.
Bolqarıstanın Baş naziri Rumen Radev faciə qurbanlarının xatirəsinə noyabrın 11-də ölkədə milli matəm elan ediləcəyini bildirib.
Son məlumata əsasən, qəzalar nəticəsində 12 nəfər ölüb, 50-dən çox insan yaralanıb.