Qadın voleybolçulardan ibarət "Turan" (Tovuz) komandası Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Metbuat.az xəbr verir ki, Tovuz təmsilçisi III təsnifat mərhələsinin cavab oyununda Bolqarıstanın "Maritsa" komandası ilə qarşılaşıb.

Tovuz Olimpiya İdman Kompleksində keçirilən görüş Azərbaycan çempionunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, ilk oyunda da "Turan" səfərdə rəqibini 3:0 hesabı ilə məğlub edib.