Rusiya, ABŞ və Ukrayna arasında münaqişənin nizamlanması ilə bağlı danışıqların nəticələri rublun məzənnəsinə təsir göstərə bilər.

Metbuat.az xəbər verir ki, “Qarda Kapital” investisiya strateqi Aleksandr Baxtin ABŞ dollarının 81-83 rubl intervalında olacağını proqnozlaşdırıb.

Ekspertin sözlərinə görə, danışıqların yenidən başlaması rubl üçün müsbət siqnal sayılsa da, konkret razılaşmaların əldə olunması hələ tezdir.

Baxtin qeyd edib ki, neft qiymətlərinin ucuzlaşması və Rusiyanın Maliyyə Nazirliyinin valyuta alışını artırması rubla təzyiq göstərən əsas amillərdəndir. O, sanksiyaların yumşaldılmasının da məzənnəyə təsir edəcəyini vurğulayıb.

Qeyd edək ki, noyabrın 10-da Bakı vaxtı ilə saat 17:57-də birjadankənar bazarda dollar 82,99 rubl səviyyəsində olub.