Türkiyə Super Liqasında mübarizə aparan “Alanyaspor”un yeni baş məşqçisi müəyyənləşib.
Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Joao Pereyra ilə yollarını ayıran klub rəhbərliyi baş məşqçi postuna Uğur Uçarı gətirib.
“Alanyaspor” yeni çalışdırıcı ilə 2027-2028-ci il mövsümünün sonuna qədər müqavilə imzalayıb.
Klubun rəsmi açıqlamasında Uğur Uçarın komandaya baş məşqçi təyin olunduğu təsdiqlənib. Rəhbərlik yeni məşqçini kollektivə təqdim edərək ona fəaliyyətində uğurlar arzulayıb.
Beləliklə, Uğur Uçar karyerasında yeni səhifə açaraq Türkiyə Super Liqasında mübarizə aparan “Alanyaspor”un uğurları üçün çalışacaq.