“Turan Bank” ASC-də yeni departament yaradılıb.

Metbuat.az ölkə.az-a istinadən xəbər verir ki, bu, Filiallarla İş və Keyfiyyətə Nəzarət Departamentindir.

Alik Əlibəyov isə yeni departamentə direktor təyin olunub.

Qeyd edək ki, o, bu təyinata qədər eyni bankda İnsan Resurslarının İdarə Edilməsi Departamentinin direktor müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, “Turan Bank” 1992-ci ildə yaradılıb. Bankın səhmlərinin 58,1%-i 20 fiziki şəxsə, 41,9%-i isə 8 hüquqi şəxsə məxsusdur.