2027-ci ildə Ramazan ayının başlanacağı tarix bəlli olub. Müsəlmanlar gələn il fevral ayında müqəddəs ayı qarşılayacaq, ilk oruc isə fevralın 8-də tutulacaq.

Metbuat.az xəbər verir ki, 2027-ci ildə Ramazan ayının fevralın 8-də başlayacağı, martın 8-də başa çatacağı gözlənilir.

Beləliklə, ilk imsak fevralın 7-dən 8-nə keçən gecə olacaq. Ramazan ayının başa çatması ilə martın 9-da Ramazan bayramı başlayacaq. Bayramın ilk günü çərşənbə axşamına təsadüf edir.

Qeyd edək ki, Azərbaycanda Ramazan ayının və dini bayramların dəqiq tarixləri Qafqaz Müsəlmanları İdarəsinin müvafiq açıqlaması ilə rəsmiləşdirilir. Ayın görünməsindən asılı olaraq tarixlərdə bir günlük fərq yarana bilər.

Qeyd edək ki, 2027-ci il üçün ilkin təqvim hesablamalarına görə, Ramazan ayı 29 gün davam edəcək. Azərbaycanda bayram günlərinin rəsmi təsdiqi isə müvafiq dövlət qərarı ilə müəyyənləşdiriləcək.