Türkiyə millisinin baş məşqçisi Sergen Yalçın İrfan Can Kahveci və Arda Okan Kurtulanın yığmaya dəvət edilməməsinin səbəbini açıqlayıb.

Metbuat.az xəbər verir ki, mütəxəssis, İrfan Canın geniş heyətdə yer aldığını, lakin son seçimdə heyətə düşmədiyini bildirib. Onun sözlərinə görə Arda Okan Kurtulan isə Türkiyə millisində çıxış etmək üçün tələb olunan prosedurları hələ tamamlamayıb.

Belçika ilə qarşılaşmanın qrupdakı vəziyyət baxımından böyük əhəmiyyət daşıdığını vurğulayan baş məşqçi mütləq üç xal qazanmalı olduqlarını söyləyib. Komandanın matça yaxşı hazırlaşdığını bildirən mütəxəssis, Enes Ünalın oyuna start heyətində başlayacağını açıqlayıb.