Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyənin Antalya şəhərində keçirilən COP31 İqlim Sammitində maraqlı görüntüləri ilə diqqət mərkəzinə düşüb.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, sammitdə iştirak etmək üçün Antalyaya gələn Paşinyan çay içdiyi anları sosial şəbəkə hesabında paylaşıb. Onun tədbir proqramı arasındakı çay fasiləsi ilə bağlı görüntüləri izləyicilərin diqqətini cəlb edib.

Ermənistanın Baş naziri bununla kifayətlənməyərək Türkiyədəki səfəri zamanı lentə alınan daha bir görüntünü də paylaşıb. Videoda Paşinyanın əşyalarını topladığı zaman əlindəki bananı pencəyinin cibinə qoyduğu görünür. Onun bu hərəkəti sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Yerli sosial şəbəkə istifadəçiləri Ermənistan hökumətinin başçısını “şit” davranmaqda ittiham ediblər. Paşinyanın banana tamarzı olduğunu yazanlar, ona lağ edənlər də tapılıb.

Sosial şəbəkələrin Türkiyə seqmentində Paşinyanın davranışının səmimiyyətdən qaynaqlandığını idda edənlər də olub.