Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinə rəhbərlik edən şəxs müəyyənləşib.

Metbuat.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, Agentliyin direktor vəzifəsinin icrası Şəhla Mahmudovaya həvalə olunub.

O, uzun müddətdir Agentliyin direktor müavini vəzifəsində çalışır.

Xatırladaq ki, bundan əvvəl Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsində Sadiq Əliyev çalışıb və o, ötən ay maliyyə nazirinə müavini vəzifəsinə təyin olunub.