Türkiyənin Malatya vilayətində S-70 tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində 4 hərbçi həlak olub.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, helikopter Malatyanın Yeşilyurt rayonunun Samanköy ərazisində naməlum səbəbdən qəzaya uğrayıb. Hadisədən sonra helikopterin qalıqları aşkarlanıb və ərazidə axtarış-xilasetmə əməliyyatına başlanılıb.

Qəza yerinə çoxsaylı təcili tibbi yardım, yanğınsöndürmə və xilasetmə briqadaları cəlb edilib.

Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.