“Azərbaycan millisinin futbolçuları hazırda yaxşı formadadırlar. Komandada əhval-ruhiyyə yüksəkdir. İnanıram ki, Lixtenşteynlə oyunda istədiyimiz qələbəni qazanacağıq”.
Metbuat.az xəbər verir ki, bunu millimizin baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasının D Liqasında Lixtenşteynlə keçiriləcək matçdan əvvəl deyib.
O bildirib ki, qrup liderliyinə yüksəlmək üçün bu görüşdə qələbə vacibdir. Baş məşqçi komandanın bütün diqqətini qarşıdakı oyuna yönəltdiyini, kənar tənqidlərə isə fikir vermədiklərini vurğulayıb.
Qeyd edək ki, noyabrın 13-də Vaduts şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.