BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı iqlim dəyişikliyi səbəbindən 2050-ci ilədək 216 milyona qədər insanın öz ölkəsi daxilində köç etmək məcburiyyətində qala biləcəyini açıqlayıb.

Metbuat.az xəbər verir ki, təşkilat bu barədə sosial mediahesabında paylaşım edib. Bildirilib ki, iqlim dəyişikliklərinin təsirləri milyonlarla insanın yaşayış yerini tərk etməsinə səbəb ola bilər. Təşkilatın COP31 çərçivəsində müxtəlif tərəfdaşları bir araya gətirdiyi qeyd olunub. Görüşün məqsədinin iqlim dəyişikliyindən zərər çəkən icmalar üçün səmərəli həlləri investisiyaya hazır layihələrə çevirmək olduğu bildirilib.