Bu gün Bakının Nəsimi rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Nəsimi rayonunda 5-ci Mikrorayonun, 3005-ci məhəllənin və 20 Yanvar küçəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.