Astroloji şərhlərə görə, noyabrın 13-də Merkuri retrosunun başa çatması üç bürcün həyatında yeni mərhələnin başlanğıcı ola bilər. Son aylarda ünsiyyət, karyera, münasibətlər və maliyyə məsələlərində çətinliklərlə üzləşən Əkizlər, Qız və Əqrəb bürclərini daha rahat və uğurlu günlər gözləyir.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, 13 noyabr 2026-cı il tarixində Merkurinin Əqrəb bürcündə düz hərəkətə keçməsi bəzi problemlərin aradan qalxmasına və planların yenidən irəliləməsinə şərait yarada bilər.
Əkizlər
Merkurinin idarə etdiyi Əkizlər bürcü üçün 13 noyabr mühüm dönüş nöqtəsi hesab olunur. Retrograd dövründə münasibətlərdə ünsiyyət problemləri yaşayan, iş həyatında fikirlərini ifadə etməkdə çətinlik çəkən Əkizlərin bu tarixdən sonra özlərini daha rahat ifadə edəcəkləri gözlənilir. Bu bürcün nümayəndələri çətinliklərlə dolu dövrü geridə qoyaraq həyatlarında yeni səhifə aça bilər. Ünsiyyət problemlərinin azalması yeni imkanların yaranmasına şərait yarada bilər.
Qız
2026-cı ilin Qız bürcü üçün ləng və maneələrlə dolu keçdiyi bildirilir. Münasibətlərdə və karyerada gözlənilən inkişafın gecikməsi bu bürcün nümayəndələrinin səbrini sınağa çəkib. Noyabrın 13-dən sonra isə işlərin sürətlənəcəyi proqnozlaşdırılır. Xüsusilə maliyyə məsələlərində irəliləyiş, əlavə gəlir, hədiyyə və dəstək imkanları gündəmə gələ bilər. İş həyatında təqdir olunmaq və vəzifə yüksəlişi də mümkün yeniliklər arasındadır. Qız bürcünün nümayəndələrinin maliyyə məsələlərində irəliləyiş əldə edə biləcəyini qeyd edir.
Əqrəb
Merkuri retrosunun öz bürclərində baş verməsi Əqrəblər üçün son dövrü daxili düşüncə və qərarları yenidən nəzərdən keçirmə mərhələsinə çevirib. Noyabrın 13-ü isə onlar üçün yeni başlanğıc kimi qiymətləndirilir. Merkurinin düz hərəkətə keçməsi ilə Əqrəblərin məqsədlərinə daha inamla yönələcəkləri gözlənilir. Yeni fürsətlər, fərqli insanlarla tanışlıq və faydalı əlaqələr gündəmə gələ bilər. Əqrəblər bu dövrdə özlərinə daha uyğun insanlarla bir araya gələrək həyatlarında yeni mərhələyə qədəm qoya bilər.