Perunun And dağlarında yerləşən La Rinconada qəsəbəsi qeyri-adi həyat şəraiti ilə diqqət çəkir.

Metbuat.az xəbər verir ki, dəniz səviyyəsindən 5100 metr yüksəklikdə yerləşən bu yaşayış məntəqəsi dünyanın ən yüksək daimi yaşayış məskəni hesab olunur. Məlumata görə, burada yaşayan təxminən 50 min insanın gündəlik həyatı olduqca ağırdır. Qəsəbədə kanalizasiya və su təchizatı sistemi yoxdur. Rəsmi polis qüvvələrinin də fəaliyyət göstərmədiyi ərazidə sakinlərin böyük hissəsi qızıl mədənlərində çalışır. İşçilərin isə sabit maaşı və zəmanətli gəliri yoxdur. Bildirilir ki, mədənlərdə “cachorreo” adlanan qeyri-adi əmək sistemi tətbiq olunur. Bu qaydaya əsasən, işçilər 30 gün ərzində heç bir ödəniş almadan çalışırlar. Onların qazanc əldə etmək imkanı yalnız növbəti gün yaranır. İşin 31-ci günü madənçilərə çiyinlərində daşıya bildikləri qədər qaya parçasını çıxarmağa icazə verilir. Daha sonra həmin daşları özləri xırdalayaraq içindən çıxan qızılı əldə edirlər. Daşlardan qızıl çıxmadıqda və ya az miqdarda olduqda isə bir aylıq əməkləri qarşılıqsız qalır.Məlumata görə, qəsəbədə kanalizasiya, zibil toplama və təmiz su şəbəkəsi mövcud deyil. Mədən fəaliyyəti nəticəsində ətraf mühitin çirklənməsi və civə zəhərlənməsi halları da ciddi problem yaradır.

Rəsmi polis qüvvələrinin olmadığı ərazidə təhlükəsizlik yerli qrupların və mədən müəssisələrinin müəyyən etdiyi qaydalarla təmin edilməyə çalışılır.