“Fənərbaxça” qış transfer pəncərəsində yarımmüdafiə xəttini gücləndirmək üçün “Şaxtyor Donetsk”in futbolçusu Marlon Qomesi transfer etmək istəyir.
Metbuat.az xəbər verir ki, İstanbul təmsilçisinin baş məşqçisi Emre Belözoğlu braziliyalı futbolçunun transferinə razılıq verib. Klub prezidenti Aziz Yıldırım 22 yaşlı yarımmüdafiəçinin keçidi üçün 20 milyon avro ayırmağa hazırdır. Bildirilir ki, daha əvvəl Yasin Ayari ilə maraqlanan “Fənərbaxça”nın transfer siyahısında “Korintians”dan Bidon, “Botafogo”dan Danilo və yenidən Yasin Ayari də yer alıb. Lakin Marlon Qomesin həm yaşı, həm də maliyyə baxımından digər namizədlərlə müqayisədə daha əlverişli olması onun ilk sıraya yüksəlməsinə səbəb olub.
Qeyd edək ki, Marlon Qomes 2024-cü ildə Braziliyanın “Vasko da Qama” klubundan 12 milyon avroya “Şaxtyor Donetsk”ə keçib. O, Marino Puşiçin rəhbərliyi altında 94 oyunda 10 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.