Şimali Koreya 78 ildən sonra dövlət bayrağının ölçülərini dəyişib.
Metbuat.az xəbər verir ki, ölkənin milli bayrağının ölçüləri konstitusiya dəyişikliyi ilə yenidən müəyyənləşdirilib. Ölkənin rəsmi təbliğat portalı “Naenara”da yayımlanan yenilənmiş konstitusiya mətninə əsasən, əvvəllər 1:2 nisbətində olan bayrağın ölçüləri bundan sonra 1:1,65 nisbətində olacaq. Mütəxəssislər bu addımı Kim Çen Inın hakimiyyəti dövründə ölkəyə yeni institusional kimlik və imic qazandırmaq cəhdi kimi qiymətləndirirlər.
Qeyd edək ki, bayraqdakı qırmızı rəngin Yaponiyanın 1910-1945-ci illərdəki müstəmləkə idarəçiliyinə qarşı mübarizədə tökülən qanı, ağ rəngin xalqın liderə və partiyaya bağlılığını, mavi zolaqların isə suverenlik və sülh arzusunu ifadə etdiyi bildirilir.