Bu gün bəzi məktəblərdə son dərs günü olub.
Metbuat.az Oxu.az-a istinadən xəbər verir ki, beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində sabahdan etibarən payız tətili başlayır.
Həmin məktəblərdə oxuyan şagirdlər üçün tətildən sonrakı ilk dərs günü noyabrın 23-ü olacaq.
Altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində isə payız tətili noyabrın 16-da başlayacaq. Bu məktəblərdə ilk dərs günü noyabrın 21-i olacaq.
Qeyd edək ki, payız tətili ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.