Yasamal rayonu ərazisində avtobuslardan birində sərnişinə məxsus pul və mobil telefon oğurlanıb.
Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verib.
Polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş N.Əsgərov saxlanılıb. Onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə də aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma davam etdirilir.