Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar Ermənistanın Baş naziri Nikol Paşinyanla Dehlidə görüşüb.
Metbuat.az xəbər verir ki, Cayşankar bu barədə “X” hesabında paylaşım edib.
O bildirib ki, tərəflər iqtisadiyyat, təhlükəsizlik, mədəniyyət və xalqlar arasında əlaqələrin inkişafını müzakirə ediblər. Görüşdə, həmçinin regiondakı son hadisələr, Körfəz regionu və Ukraynadakı münaqişələr ətrafında fikir mübadiləsi aparılıb.