"Fənərbağça" "İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğlunu qış transfer pəncərəsində 10 milyon avroya almağı planlaşdırır.
Metbuat.az "Sabah" qəzetinə istinadən xəbər verir ki, İstanbul klubu bu məbləği transferin bonservis haqqı kimi hesablayıb və məsələni mövsümün fasiləsində bağlamaq istəyir. Qəzet xəbəri "nə İnter, nə Yuventus" başlığı ilə verib.
Qəzetin məlumatına görə, 32 yaşlı futbolçu "İnter"in müqaviləni uzatmaq təklifinə isti yanaşmır və gələcəyi barədə yenidən düşünür. "Yuventus"un marağına isə soyuqdur. Hazırkı müqaviləsi 2027-ci ilin yayında bitir, ona görə "İnter" onu bir il sonra pulsuz itirmək riski ilə üz-üzədir.
Çalhanoğlunun özü bu mövzuda son dəfə noyabrın 9-da DAZN-ə danışıb. "Sakitəm, işimi görürəm, hamı sakit olsun", - deyə o bildirib.
Qeyd edək ki, Türkiyə millisinin kapitanı "İnter"ə 2021-ci ilin iyununda "Milan"dan pulsuz keçib, 2023-də müqaviləsini 2027-yə qədər uzadıb. Onun adı oktyabrın sonunda da transfer gündəminə düşmüşdü.