Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA Millətlər Liqasının qrup mərhələsinin oyununa təyinat alıb.
Metbuat.az xəbər verir ki, o, noyabrın 16-da Qazaxıstan və Slovakiya milli komandaları arasında keçiriləcək qarşılaşmanın baş hakimi olacaq.
Zeynal Zeynalov və Akif Əmirəli baş hakimin köməkçiləri, İnqilab Məmmədov isə dördüncü hakim təyin edilib. Nicat İsmayıllı VAR hakiminin köməkçisi, avstriyalı Alan Kiyas isə VAR hakimi olacaq.
Qeyd edək ki, Astana şəhərindəki “Astana Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.