ABŞ Prezidenti Donald Tramp Kaliforniyada ölüm cəzasına məhkum edilmiş şəxslərin hökmlərinin ömürlük həbslə əvəzlənməsi qərarına etiraz edib.

Metbuat.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

Onun sözlərinə görə, Kaliforniya qubernatoru Qevin Nyusom 563 məhkumla bağlı ölüm hökmlərinin icrasını dayandırıb.

“Bu, Amerikada ədalət sistemi üçün fəlakətdir”, - Tramp bildirib.

ABŞ Prezidenti məhkumların bir çoxunun dəfələrlə qətl törətdiyini iddia edərək qərarın ləğv olunacağına ümid etdiyini vurğulayıb.

Qeyd edək ki, Qevin Nyusom ötən həftə ştatda bütün ölüm hökmlərinin vaxtından əvvəl azadlığa çıxmaq hüququ olmadan ömürlük həbslə əvəzlənəcəyini açıqlayıb.