Noyabrın 16-da Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Metbuat.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Yağışın bəzi yerlərdə qısamüddətli intensivləşəcəyi ehtimal olunur. Səhər saatlarında yağıntı tədricən kəsiləcək, gündüz isə hava əsasən yağmursuz olacaq. Güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 7-9, gündüz 10-12 dərəcə isti olacaq.

Ölkənin rayonlarında da bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi və şimşək çaxacağı gözlənilir. Axşam saatlarında yağıntılar əksər rayonlarda kəsiləcək, bəzi yerlərdə duman olacaq.

Rayonlarda havanın temperaturu gecə 5-9, gündüz 14-17 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 3-7, gündüz 0-3 dərəcə şaxta olacaq.