Ordubad rayonunda avtobusun aşması nəticəsində xəsarət alan 11 nəfərin kimliyi məlum olub.
Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə zamanı 1966-cı il təvəllüdlü Səkinə Həsənova, 1962-ci il təvəllüdlü Səadət Bağırova, 1964-cü il təvəllüdlü Zəhra İmanova, 1962-ci il təvəllüdlü Kəmalə Həsənova, 1988-ci il təvəllüdlü Sura Möhsünlü, 1967-ci il təvəllüdlü Sara Məmmədova, 1979-cu il təvəllüdlü Raidə Əliyeva, 1992-ci il təvəllüdlü Gülşad Tağıyeva, 1966-cı il təvəllüdlü Cəmilə Tağıyeva, 1955-ci il təvəllüdlü Validə Həsənova və 1977-ci il təvəllüdlü Gülər Hacıyeva xəsarət alıblar.
İlkin məlumata görə, xəsarət alan şəxslər yas mərasimində iştirak etmək üçün yola düşərkən qəzaya uğrayıblar. Hazırda yaralıların tibbi müayinəsi davam etdirilir.
17:00
Ordubad rayonunun Dırnıs kəndində mikroavtobus aşıb, 11 nəfər xəsarət alıb.
Metbuat.az AZƏRTAC-a istinadən xəbər verir ki, xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Qəzanın səbəbi və yaralıların vəziyyəti barədə rəsmi məlumat gözlənilir.