İran ABŞ-yə yeddi şərt irəli sürüb və danışıqlar üçün əlavə məsələlər təklif etmək niyyətində deyil.

Metbuat.az xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin mətbuat katibi Həsən Kaşkavi “Al Hadath” telekanalına açıqlamasında bildirib.

Onun sözlərinə görə, Tehranla Vaşinqton arasında danışıqlar prosesi başa çatsa da, diplomatik imkanlar hələ də açıqdır. Kaşkavi tərəflərin “danışıqlardan sonrakı mərhələ”yə keçdiyini qeyd edib.

“Biz yeddi şərtimizi təqdim etmişik və ABŞ-lə müzakirə edəcəyimiz başqa heç nəyimiz yoxdur”, - o vurğulayıb.