“Qalatasaray” azarkeşlərini sevindirən xəbər yayılıb. Komandanın zədəli hücumçusu Viktor Osimenin yaşıl meydanlara qayıdacağı tarix açıqlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin "Sözcü" qəzeti məlumat yayıb. Bildirilib ki, hazırda müalicəsini davam etdirən nigeriyalı futbolçu “Aston Villa” ilə qarşılaşmada komandanın heyətində yer ala bilər.

UEFA Çempionlar Liqasında “Ştutqart”la keçirilən matçda zədələnən və daha sonra əməliyyat olunan Osimenin təxminən üç həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilirdi.

Osimenin Türkiyə Super Liqasında noyabrın 30-da “Beşiktaş”a qarşı keçiriləcək derbidə isə start heyətində meydana çıxacağı təsdiqlənib.

Qeyd edək ki, Türkiyə Super Ligasının oyunları Azərbaycanda da maraqla izlənilir. İstanbulun "Qalatasaray" klubunun ölkəmizdə yüzminlərlə azarkeşi var.