Braziliyalı futbol əfsanəsi Ronaldinyo 11 ildən sonra yaşıl meydanlara qayıdıb.
Metbuat.az xəbər verir ki, 46 yaşlı keçmiş futbolçu İtaliyanın “Ravenna” klubunun heyətində yenidən meydana çıxıb. Komanda İtaliya Seriya C çempionatının 14-cü turunda doğma meydanda “Forli”ni 2:0 hesabı ilə məğlub edib. 2015-ci ildə “Fluminense”nin formasında karyerasını başa vuran Ronaldinyo matçın 46-cı dəqiqəsində əvəzlənib. Qarşılaşmadan sonra braziliyalı ulduz futbola qayıtmaq ehtimalını istisna etmədiyini bildirib. O, bu məsələnin klub prezidentindən asılı olduğunu və dəvət alacağı təqdirdə yenidən oynamağa hazır olduğunu deyib.
Ronaldinyo futbol oynamağın ona xoşbəxtlik bəxş etdiyini, soyunub-geyinmə otağında olmağın möhtəşəm hiss olduğunu vurğulayıb.