“Real Madrid” Arda Gülerlə yeni müqavilə barədə razılığa gəlib.

Metbuat.az xəbər verir ki, baş məşqçi Joze Mourinyo türkiyəli futbolçunun komandada qalmasını istəyir. Məlumata görə, portuqaliyalı mütəxəssisin tələbi ilə Arda Gülər, Cud Bellinqem, Federiko Valverde və Orelyen Tçuameni ilə müqavilələrin yenilənməsi istiqamətində danışıqlar aparılıb. “El Debate” nəşrinin məlumatına görə, Arda Güler “Real Madrid”lə 5 illik yeni müqavilə imzalayacaq. 21 yaşlı futbolçunun hazırda bonuslar nəzərə alınmadan illik 6 milyon 250 min avro olan maaşı 8 milyon avroya yüksəldiləcək. Yeni müqavilə ilə onun həftəlik qazancı 153 min 846, gündəlik gəliri isə 21 min 917 avro təşkil edəcək.

Qeyd edək ki, Arda Güler bu mövsüm “Real Madrid”in heyətində keçirdiyi 14 oyunda 4 qol vurub və 7 məhsuldar ötürmə edib.