Portuqaliya millisinin baş məşqçisi Jorje Jezus Kriştiano Ronaldonun milli komandadakı gələcəyi ilə bağlı açıqlama verib.

Metbuat.az xəbər verir ki, mütəxəssis mətbuat konfransında ulduz futbolçunun yoxluğu ilə bağlı sualı cavablandırıb. O bildirib ki, azarkeşlər Ronaldonun 23 il ərzində milli komanda üçün etdiklərini unutmayıblar və onun üçün darıxırlar. Bununla belə, Jezus futbolçunun milliyə qayıdışının mümkün olmadığını vurğulayıb. Məşqçinin sözlərinə görə, Ronaldo artıq milli komandada çıxış etmir və bu qərarı özü verib. O, futbolçunun yoxluğunu hiss edib-etməməsi ilə bağlı suala da münasibət bildirib. “Onun üçün darıxırammı? Artıq milli komandada olmadığına görə onun üçün necə darıxa bilərəm? Onun üçün darıxmağımın yeganə yolu mənimlə birlikdə olmasıdır”, - deyə Jezus qeyd edib.

Qeyd edək ki, Kriştiano Ronaldonun Portuqaliya millisindən ayrılmasının əsas səbəbi baş məşqçi Jorje Jezusla yaşadığı fikir ayrılığı olub. Məlumata görə, Ronaldo Norveçlə oyunda meydana buraxılacağına dair vədin yerinə yetirilmədiyini, daha sonra isə məşqçinin mətbuat konfransında onunla razılaşdırılmış məsələləri fərqli şəkildə təqdim etdiyini bildirib.