Azərbaycan Tibb Universitetinin yataqxanasında vəfat edən 17 yaşlı tələbə ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Metbuat.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, yataqxanada qalan tələbələrdən birinin sözlərinə görə, mərhum baş ağrısından şikayət etdikdən sonra bacısına xəbər verərək hamam otağına gedib. Uzun müddət geri qayıtmadığını görən bacısı narahat olub və hamamın qapısını açdırıb. İçəri daxil olduqda tələbəni yerdə uzanmış vəziyyətdə görüblər.
Tələbə bildirib ki, hadisənin dəqiq səbəbi barədə məlumatı yoxdur. Onun sözlərinə görə, yataqxananın hamam otaqları ümumi istifadədədir və hər birində 4-5 kabinə var.
Qeyd edək ki, Azərbaycan Tibb Universitetinin bu gün yaydığı açıqlamada tələbənin gözlənilmədən vəfat etdiyi, səbəb barədə rəsmi məlumat alınandan sonra əlavə açıqlama veriləcəyini bildirilib.
Daha ətraflı videosüjetdə: