Türkiyənin “Qalatasaray” klubunun rəhbərliyi qış transfer pəncərəsində beş futbolçu ilə yollarını ayırmağı planlaşdırır.
Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin “Sözcü” nəşri yazıb.
Nəşrə görə, siyahıda Leroy Sane, İlkay Gündoğan, Kaan Ayhan, Lesli Uqoçukvu və El Şaday Bitşiyabu var. Ayrılığa ən yaxın adlar mövsümün əvvəlində icarə əsasında komandaya qoşulan Uqoçukvu və Bitşiyabudur. Rəhbərlik hər iki futbolçunu yanvarda göndərməyi planlaşdırır.
Sane, Gündoğan və Ayhanın vəziyyəti fərqlidir. Nəşr yazır ki, bu üç futbolçu üçün münasib təklif gələrsə, klub ayrılığa asanlıq göstərəcək.