Azad olunan ərazilərdə noyabrın 2-dən 15-ə dək 33 tank əleyhinə mina, 152 piyada əleyhinə mina, 1343 digər partlayıcı hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.
Məlumata əsasən, 1459.5 hektar ərazi minalardan təmizlənib.