Bakı metrosunda ölüm hadisəsi baş verib.

Metbuat.az qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə noyabrın 14-ü saat 06 radələrində “Həzi Aslanov” stansiyasında qeydə alınıb.

Salyan rayon sakini 1958-ci il təvəllüdlü Əhədağa Firudin oğlu Nəzərov qatarda olan zaman ürək çatışmazlığından vəfat edib.

Faktla bağlı araşdırmalar Xətai Rayon Prokurorluğu tərəfindən aparılır.