“Mediaya ayrılan pul çox azdır”.

Metbuat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2027-ci ilin dövlət büdcəsi zərfinin müzakirəsində deputat Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, düşüncəni, milli düşüncə platformasının keyfiyyətini təyin edən mediadır, televiziyalardır, televiziya yayımıdır:

“Gələn il üçün mediaya ayrılan məbləğ 68 milyon 369 min manatdır. Ötən illə müqayisədə məbləğ xeyli azalıb”.