Sabah bəzi rayonlarda dumanlı hava şəraiti gözlənilir.
Metbuat.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, duman səbəbindən dağlıq və dağətəyi rayonların magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.