Volkan Dəmirəl “Qaziantep” futbol klubu ilə razılıq əldə edib.
Metbuat.az xəbər verir ki, Türkiyə Super Liqasında çıxış edən klub Orhan Akla yollarını ayırdıqdan sonra yeni baş məşqçi axtarışına başlayıb. Klub prezidenti Memik Yılmaz Volkan Dəmirəllə prinsipial razılığa gəldiklərini açıqlayıb. O, 45 yaşlı mütəxəssisin komandanın növbəti məşqinə rəhbərlik edəcəyini bildirib. Memik Yılmaz azarkeşləri komandaya dəstək verməyə çağırıb. Klub prezidenti kollektiv üçün ən uyğun baş məşqçini seçməyə çalışdıqlarını da qeyd edib. “Qaziantep” Super Liqada hazırda 8 xalla 16-cı yerdə qərarlaşıb.
Qeyd edək ki, Volkan Dəmirəlin adı bundan əvvəl “Fənərbaxça” ilə də hallanıb. Lakin, “Fənərbaxça” rəhbərliyi Volkan Dəmirəl seçiminə üstünlük verməyib. İddialara görə, Volkan Dəmirəl özü “Fənərbaxça”da işləmək istəyib. Keçmiş qapıçı 2019-cu ildə “Fənərbaxça”da köməkçi məşqçi işləmişdi. Türkiyəli mütəxəssis son olaraq “Gənclərbirliyi” klubunda çalışıb. O, ötən il “Gənclərbirliyi”ndən ayrılıb.