“Mançester Siti” banklardan kredit almaqda çətinlik çəkir.

Metbuat.az “Haber Global”a istinadən xəbər verir ki, İngiltərə Premyer Liqasının maliyyə qaydalarını pozmaqda ittiham olunan klubla bağlı yeni məlumat yayılıb. “Bloomberg”in məlumatına görə, bəzi banklar transfer dövrü ərəfəsində “Mançester Siti”nin kredit müraciətlərinə ehtiyatla yanaşmağa başlayıb. Həmin maliyyə qurumlarının kreditləri təsdiqləməzdən əvvəl klubla bağlı məhkəmə işinin nəticəsini gözlədiyi bildirilir.

Qeyd edək ki, “Mançester Siti”nin maliyyə qaydalarını pozması 2009-2018-ci illəri əhatə edən dövrlə bağlıdır. İttihamlara əsasən, “Mançester Siti” sponsorluq müqavilələrində real maliyyə mənbələrini gizlədərək gəlirlərini süni şəkildə artırıb, xərclərini isə olduğundan az göstərib. Həmçinin klubun futbolçuların və məşqçilərin ödənişləri, eləcə də maliyyə hesabatları ilə bağlı məlumatları tam və düzgün təqdim etmədiyi müəyyənləşdirilib. Müstəqil komissiya irəli sürülən 115 ittihamdan 114-ü üzrə klubu təqsirli bilib. Bununla belə, yekun qərar açıqlanmayıb. Klubun apellyasiya hüququ da var.