Azərbaycan millisi Andorra ilə yoldaşlıq görüşündə hesabı açıb.
Metbuat.az xəbər verir ki, qarşılaşmanın 2-ci dəqiqəsində Eşqin Əhmədov fərqlənərək millimizi hesabda önə keçirib.
***
22:00
Azərbaycan milli komandası Andorra yığması ilə yoldaşlıq oyununa başlayıb.
Metbuat.az xəbər verir ki, qarşılaşma Andorranın Enkamp şəhərində yerləşən "Nou Estadi de la FAF" stadionunda keçirilir.