Belçika millisinin hücumçusu Romelu Lukaku milli komanda karyerasını başa vurub.
Metbuat.az xəbər verir ki, 33 yaşlı futbolçu bu qərarını sosial şəbəkə hesabında açıqlayıb. Lukaku millidə keçirdiyi 16 il ərzində ona dəstək olan komanda yoldaşlarına, məşqçilərə və azarkeşlərə təşəkkür edib. O, Belçikanı dörd dünya çempionatında və üç Avropa çempionatında təmsil etməyin böyük qürur olduğunu bildirib. Hücumçu milli karyerasını başa vurmaq qərarından rahat olduğunu da qeyd edib.
Qeyd edək ki, Romelu Lukaku 2010-cu ildə Belçika millisində debüt edib. O, 16 il ərzində yığmanın heyətində 135 oyuna çıxıb. Bu qarşılaşmalarda 94 qol vuran futbolçu 13 məhsuldar ötürmə ilə də yadda qalıb. Lukaku Belçika millisinin tarixində ən çox qol vuran oyunçu olub. 33 yaşlı hücumçu milli formanı sonuncu dəfə geyinməklə 16 illik karyerasına yekun vurub.