Milli Məclis 2027-ci il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi ilə bağlı qanun layihələrini ilk oxunuşda qəbul edib.
Metbuat.az xəbər verir ki, büdcə zərfində məbləğin 314 manat olması təklif olunub.
Layihəyə əsasən, yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyən edilir.
Qanun layihələri qəbul olunduğu təqdirdə 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Sənədlər müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul olunub.